Böyük Britaniya anti-Rusiya sanksiyalarının “qara siyahısı”na filosof Aleksandr Duqinin, “Ribar” hərbi-analitik mərkəzinin, o cümlədən onun rəhbəri Mixail Zvinçukun daxil edilməsi ilə genişlənib. Vətəninfo.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin mətbuat xidmətinin yaydığı bəyanatdan öyrənirik. Siyahıya Xaricdə Yaşayan Həmvətənlərin Hüquqlarının Müdafiəsi və Dəstək Mərkəzi, Euromore və “Qolos” mərkəzləri də daxildir. Sanksiyalar Britaniya dövlətinin ərazisinə girişin qadağan edilməsini, həmçinin Böyük Britaniyadakı aktivlərinin dondurulmasını nəzərdə tutur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta