AZ

Süni intellektdə yeni mərhələ: “Mi Chat” köməkçisi təqdim ediləcək

ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Çinin “Xiaomi” korporasiyası süni intellekt (Sİ) əsasında yaradılmış yeni “Mi Chat” köməkçisini təqdim etməyə hazırlaşır.

Redaktor.az bu haqda “ITHome” nəşrinə istinadla məlumat verir.

İnsayderlərin sözlərinə görə, yeni neyroşəbəkə şirkətin Sİ sahəsində artan imkanlarını nümayiş etdirəcək və “Xiaomi”nin cihazlarında və servislərində əlçatan olacaq. Assistent bu ilin əvvəlində istifadəyə verilmiş böyük dil modeli - “MiMo-7B-RL” əsasında fəaliyyət göstərəcək.

Mənbələr bildirirlər ki, yeni servis hətta “ChatGPT qatili” adlandırılır. Onların sözlərinə görə, cəmi 7 milyard parametrə malik olmasına baxmayaraq, “MiMo-7B-RL” əsas testlərdə “OpenAI”ın “o1-mini” modeli və “Alibaba”nın “Qwen QwQ-32B-Preview” modelini üstələyib.

Jurnalistlər xatırladıblar ki, “Xiaomi”nin prezidenti Lu Veybin son aylarda şirkətin süni intellektə böyük sərmayələr yatırdığını açıqlamışdı. Onun sözlərinə görə, mühəndislərin qarşıdakı əsas məqsədi neyroşəbəkələrin real fiziki dünya ilə daha dərindən inteqrasiyasıdır.

Məlumata görə, “Mi Chat” rəsmən 17 dekabrda Pekində keçiriləcək “Xiaomi 2025 Human Car Home Ecosystem Partner Conference” tədbirində təqdim oluna bilər.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
redaktor.az

2Mənbələr