AZ

Çempionlar Liqasında pley offa vəsiqəni təmin edən beş komanda müəyyənləşib

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Çempionlar Liqasının ümumi mərhələsinin altı turundan sonra beş komanda pley-off mərhələsinə vəsiqəni təmin edib. Sport24.az xəbər verir ki, "Arsenal", "Bavariya", PSJ, "Mançester Siti" və "Atalanta"nın 24-ci yerdən aşağı düşməyəcəyi dəqiqləşib.

Ümumi mərhələdən ilk səkkiz komanda birbaşa 1/8 finala vəsiqə qazanacaq, doqquzuncudan 24-cü yerə qədər olan komandalar isə pley-off mərhələsində oynayacaq və qaliblər də 1/8 finala vəsiqə qazanacaqlar.

Qeyd edək ki, bu ilki Çempionlar Liqasının finalı Budapeştdəki Puskas Arenada keçiriləcək. Yarışın həlledici oyunu 2026-cı ilin mayın 30-da baş tutacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
128
sport24.az

1Mənbələr