AZ

Qusarda 31 yaşlı qadın dəm qazından zəhərləndi

Qusar sakini dəm qazından zəhərlənib.

Bizim.Media xəbər verir ki, hadisə ötən gün axşam saat 18 radələrində Qusar şəhərindəki Ləzgintsev küçəsi-18 ünvanında  baş verib.

Həmin ünvanda yaşayan 31 yaşlı qadın qonaq otağında dəm qazından zəhərlənib.

Dərhal təcili tibbi yardım avtomobili ilə Qusar rayon mərkəzi xəstəxanasına çatdırılan qadının həyatını xilas etmək  mümkün  olub.

İlk tibbi yardımdan sonra vəziyyəti stabilləşən qadın evə buraxılıb.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
48
bizim.media

1Mənbələr