AZ

Honduras Konqresi prezident seçkilərinin nəticələrini təsdiqləməkdən imtina edib

Seçki prosesinə təzyiq və cinayət qruplarının müdaxiləsi iddiaları irəli sürülür…

Poliqon xəbər verir ki, Honduras Konqresinin Daimi Seçki Komissiyası 30 noyabr prezident seçkilərinin nəticələrini təsdiqləməkdən imtina edib. Konqresin rəhbəri Luis Redondo bu qərarı seçicilərin azadlığının pozulması, təşkilatlanmış cinayət qruplarının prosesə təzyiqi və xarici dövlətlərin müdaxiləsi ilə əsaslandırıb. Bu barədə Reuters məlumat yayıb.

ABŞ prezidenti Donald Tramp seçkilərdən əvvəl Honduras hakimiyyətinin nəticələri saxtalaşdırmağa cəhd edə biləcəyini iddia etmişdi. O qeyd etmişdi ki, ölkənin seçki komissiyası səsvermədən sonra qəfil səslərin hesablanmasını dayandırıb. İlkin nəticələr Nasri Asfura ilə Salvador Nasralla arasında çox yaxın rəqabət olduğunu göstərmişdi. Trampın sözlərinə görə, Asfura rəqiblərini qabaqlayırdı, lakin səslərin cəmi 47 faizi sayıldığı anda hesablamalar dondurulub.

Sonuncu dəfə 9 dekabrda açıqlanan nəticələrə əsasən, artıq 99 faizdən çox bülleten sayıldığı halda Nasri Asfura rəqibini təxminən 40 min səs fərqi ilə üstələyir.

Hondurasda seçki nəticələrinin təsdiqlənməməsi ölkədə siyasi qeyri-müəyyənliyi daha da artırır və beynəlxalq müşahidəçilər tərəfindən prosesə diqqətin artmasına səbəb olub. Müşahidəçilər seçki mexanizmlərinin şəffaflıq və etibarlılığının sual altında olduğunu bildirirlər.

Poliqon.info

Seçilən
43
poliqon.info

1Mənbələr