AZ

Eltac yığdığı pulla maşın alacaqmış... Video

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Eltacın mənə maşın almaq arzusu vardı. Deyirdi, ata, sənə Novruz bayramında sürpriz edəcəyəm. Sürprizi bircə bacısı bilirmiş”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Xəzər” TV-yə ötən ay Bakıda ofisiant işlədiyi restoranın yaxınlığında faciəvi şəkildə vəfat edən 19 yaşlı Eltac Əliyevin atası deyib.

“20 ildir Masazırda yaşayıram, yollarımız pis gündə idi. Bu iş başıma gələndən sonra o pulu ora qoydum ki, gəlib-gedən ona rəhmət oxusun”, -  o qeyd edib.

Qeyd edək ki, noyabrın 21-i Binəqədi rayonu Biləcəri qəsəbəsində “Lake Hotel” restoranının yaxınlığında oranın 4 əməkdaşını dəmir konstruksiyalı pilləkən apararkən cərəyan vurub. Nəticədə Emil Quliyev (2005), Əkbər Zeynalov (2007), Cavidan Muradov (1998) və Eltac Əliyev (2006) vəfat ediblər. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
6
qafqazinfo.az

7Mənbələr