ABŞ Prezidenti Donald Tramp Kamboca və Tailand liderləri ilə telefon danışığı apararaq münaqişənin həlli yollarını müzakirə etməyi planlaşdırdığını bildirib.
APA xəbər verir ki, O, bunu Ağ Evdə jurnalistlərlə söhbətində deyib.
Tramp qeyd edib ki, bu münaqişə uzun illərdir davam edir:
“Mən onu bir dəfə həll etmişdim. Hesab edirəm ki, bunu yenidən və kifayət qədər tez etmək mümkündür. Tailand və Kamboca ilə telefon danışığımız planlaşdırılıb. Düşünürəm ki, onları döyüşləri dayandırmağa məcbur edə biləcəyəm”.