AZ

Argentina Britaniya ilə silah məhdudiyyətlərinin yumşaldılmasını müzakirə edir

Bakı. Trend:

Argentina, 1982-ci il Folklend müharibəsindən sonra ölkəyəmüasir silahların satışına qoyulan məhdudiyyətlərin yumşaldılmasıməsələsini Böyük Britaniya ilə müzakirə edir.

Trend xəbər verirki, bunu Argentina prezidenti Xavyer Miley “The Daily Telegraph”qəzetinə müsahibəsində açıqlayıb.

Miley bildirib ki, “dünya gücləri hərbi güc olmadan fəaliyyətgöstərə bilməz” və bir ölkə sərhədlərini qoruya bilmirsə,beynəlxalq arenada nəzərə alınmadığını qeyd edib.

Silah satışına dair məhdudiyyətlərin yumşaldılması üçündanışıqların başlayıb-başlamadığı ilə bağlı sualı prezident müsbətcavablandırıb. Nəşrin məlumatına görə, prosesdə ABŞ-ın Trampadministrasiyası vasitəçilik edir və Argentinanı “Cənubi Atlantikavə Antarktidada Rusiya və Çinə qarşı mühüm dayaq” kimi görür.

Argentina lideri həmçinin 2026-cı ilin aprel və ya may aylarındaBirləşmiş Krallığa səfər etməyi planlaşdırdığını bildirib. Əgərsəfər baş tutarsa, o, 1998-ci ildən bəri Londona rəsmi səfər edənilk Argentina prezidenti olacaq. Miley Britaniyanın baş naziri KeirStarmeri də Buenos Ayresə səfərə dəvət edib.

Seçilən
128
az.trend.az

1Mənbələr