AZ

ABŞ miqrantların deportasiyasını sürətləndirir - 6 ədəd “Boeing 737” alır

BAKI, 11 dekabr. TELEQRAF

ABŞ deportasiya əməliyyatları üçün altı “Boeing 737” təyyarəsi almaq məqsədilə təxminən 140 milyon dollarlıq müqavilə imzalayıb.

Teleqraf xəbər verir ki, maliyyə Trampın sərhəd siyasəti üçün ayrılmış 170 milyard dollarlıq büdcədən qarşılanacaq.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (DHS) deportasiya əməliyyatlarında istifadə olunmaq üçün altı ədəd "Boeing 737" təyyarəsi almaq məqsədilə təxminən 140 milyon dollarlıq müqavilə imzalayıb.

"Vaşinqton Post"un ilk olaraq xəbər verdiyi, daha sonra DHS tərəfindən təsdiqlənən müqavilə Virciniya ştatında yerləşən "Daedalus Aviation" şirkəti ilə bağlanıb.

DHS-in sözçüsü Trişia Maklauklin "The Guardian"a açıqlamasında bildirib:

“Bu yeni təşəbbüs daha səmərəli uçuş marşrutlarından istifadə etməklə ICE-in fəaliyyətini yaxşılaşdıracaq və vergi ödəyicilərinə 279 milyon dollar qənaət edəcək.”

O əlavə edib: “Prezident Tramp və nazir Noem cinayətkar qeyri-qanuni miqrantları ölkədən sürətlə və effektiv şəkildə çıxarmağa sadiqdir.”

Bu müqavilə Trampın ABŞ tarixinin ən böyük deportasiya əməliyyatını həyata keçirmək planının son addımlarından biridir.

Seçilən
27
teleqraf.com

1Mənbələr