AZ

ABŞ-da “Qızıl kart” işə düşüb

Vaşinqton, 11 dekabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp “Qızıl kart”ın istifadəyə verildiyini açıqlayıb.

AZƏRTAC-ın məlumatına görə, o, bununla bağlı çox həyəcanlı olduğunu deyib.

"Bütün vəsaitlər ABŞ hökumətinə gedəcək. Bu, çox böyük məbləğdə pul ola bilər", - deyə Tramp bildirib və əlavə edib ki, bu kart “Yaşıl kart”a (“Green Card”) bənzəsə də, ondan daha yaxşı olacaq.

“Qızıl kart” azı bir milyon dollar ödəməklə xarici vətəndaşlara ABŞ-da yaşamaq şansı verir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
79
4
azertag.az

5Mənbələr