AZ

Qurban Qurbanov: "Özüm də Nəriman haqqında nə deyəcəyimi bilmirəm"

UEFA Çempionlar Liqasında Liqa mərhələsində 6-cı turun oyunları keçirilir. 

Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" bu gün "Ayaks"la qarşılaşıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu təmsilçimiz Niderland çempionununa məğlub olub.

Matçdan sonra keçirilən mətbuat konfransında komandamızın çalışdırıcısı fikirlərini jurnalistlərlə bölüşüb:

"Rəqibi təbrik edirəm. Futbolçularımdan razı qaldım. Bu cür komandalar səhvləri bağışlamır. Bura Çempionlar Liqasıdır. İstənilən nəticəni gözləmək olur. Bu matçda da bunun şahidi olduq. Meydanda döyüşərək məğlub olduq. Azarkeşlərimizə təşəkkür edirəm. Bizə güvənirlər. Çalışacayıq ki, onların güvənini itirməyək"

Baş məşqçi Nəriman Axundzadənin performansına da fikir bildirib:

"Onunla bağlı müzakirələr gedir. Özüm də onun haqqında nə deyəcəyimi bilmirəm. Hansısa fikir bildirsəm, azarkeşlərə qarşı çıxmış olacağam. Daha yaxşı oynaya bilərdi. Bu, sonradan meydana çıxan digər futbolçulara da şamil olunur. Bəlkə də həddindən artıq istəkli olmağımız bizi yordu".

Kamil Xudiyev

Seçilən
6
fanat.az

1Mənbələr