AZ

Azərbaycandan olan məktəbli komandası beynəlxalq yarışda qalib gəldi VİDEO/FOTOLAR

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Estonianın Tallin şəhərində “Robotex International 2025” yarışının final mərhələsində Azərbaycandan təmsil olunan 27 saylı məktəbin 6-cı sinif şagirdi Rəhim Sultan müxtəlif məktəblərdən olan öz həmyaşıdlarından ibarət qrupla “Medibot” layihəsini təqdim edib. Demokrat.az xəbər verir ki, istirakçı komandanın kapitanı olan Rəhim Sultana mühəndis kimi Sevil Şəmmədli, proqramçı kimi Murad Zeynallı, dizayner kimi isə Ruqayya Əliyeva köməklik ediblər. Təqdim olunan Layihənin ideyası tibb məntəqəsi-poliknika, xəstəxana və həkimlərin olmadığı ucqar yaşayış yerlərində robotlardan ibarət klinikanın qurulması və ilkin tibbi müdaxilənin peşakar robotlar tərəfindən edilməsi təqdim olunub. Layihə öz kateqoriyasında müsiflərdən ən yüksək bal toplayaraq, qalib elan edilib. Komandanın Mentoru Təranə Səfərova olub. Komandamızın üzvləri dekabrın 9-da Vətənə geri dönüblər.Xatırladaq ki, finala qədər komanda 6 aprel tarixində Bakıda keçirilən “Şokobot” layihəsi ilə, 2-4 may tarixlərində Türkiyənin Antalya şəhərində təşkil olunan “Soil Savers” layihəsi birinçilik qazanıblar. Final mərhələsində 32 ölkədən 921 komanda, 3200-dən çox iştirakçı mübarizə aparıb. Fuad

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
96
2
demokrat.az

3Mənbələr