AZ

Belarus və İran 2026-cı il üçün hərbi əməkdaşlıq planı imzalayıb

Minskdə səfərdə olan İran Baş Qərargahının nümayəndə heyətinin işi 2026-cı il üçün əməkdaşlıq planının imzalanması ilə başa çatıb...

Poliqon xəbər verir ki, Belarus və İran gələn il üçün nəzərdə tutulan ikitərəfli hərbi əməkdaşlıq planını imzalayıb və bu çərçivədə birgə hərbi təlim keçirməyi planlaşdırır. Bu barədə Belarus Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq departamentinin rəisi və müdafiə nazirinin beynəlxalq əməkdaşlıq üzrə köməkçisi Valeri Revenko sosial şəbəkə X-də məlumat verib.

Revenkonun sözlərinə görə, Minskdə səfərdə olan İran Baş Qərargahının nümayəndə heyətinin işi 2026-cı il üçün əməkdaşlıq planının imzalanması ilə başa çatıb. Revenko bildirib ki, əsas tədbir kimi birgə hərbi təlimin təşkili nəzərdən keçirilir və təlimin hansı ölkənin ərazisində keçiriləcəyinə dair qərar müzakirə olunur.

Xatırladaq ki, avqust ayında İran prezidenti Məsud Pəzəşkiyan Belarusa rəsmi səfər etmişdi. Həmin görüşdə Belarus lideri Aleksandr Lukaşenko ölkəsinin İranla istənilən mövzunu, o cümlədən ərzaq təchizatı və hərbi-texniki əməkdaşlıq sahəsində əməkdaşlığı müzakirə etməyə hazır olduğunu bildirmişdi.

Lukaşenko həmçinin vurğulamışdı ki, Tehranla Minsk arasında “qapalı mövzu yoxdur” və iki ölkənin əməkdaşlığı üçüncü tərəflərə qarşı yönəlməyib.

Poliqon.info

Seçilən
28
poliqon.info

1Mənbələr