Moskva Dövlət Universiteti tələbədə qızılca xəstəliyi aşkar edildikdən sonra əyani dərslərə qoşulmağı məhdudlaşdırıb.
Qaziler.az xəbər verir ki, bu barədə Rospotrebnadzorun Moskva ofisinin saytında məlumat verilib.
"Lomonosov adına Moskva Dövlət Universitetinin rəhbərliyi peyvənd olunmamış tələbələr və işçilər, bir dəfə peyvənd olunanlar və qızılca peyvəndi ilə bağlı qeydi olmayanlar üçün əyani dərslərə qatılmağı məhdudlaşdırmaq qərarına gəlib", - məlumatda qeyd olunub.
Agentlik əlavə edib ki, universitetdə epidemioloji araşdırma başlayıb. Yoluxmuş şəxslə təmas dairəsi artıq müəyyən edilib, universitetdə epidemiya əleyhinə tədbirlərin təşkilinə və həyata keçirilməsinə nəzarət edilir.
QAZİLER.AZ