Bakı. Trend:
Almaniyanın Keinbaum şəhərində yeniyetmə boksçular arasında U-17Avropa çempionatı start götürüb.
Trend xəbər verirki, yarışda 29 ölkədən idmançılar iştirak edir.
Azərbaycan millisinin 1 üzvü ilk gündə mərhələ adlayıb. ƏliAbaslı (52 kq) 1/16 finalda İtaliya təmsilçisi Qabriel Cuffariniüzərində 5:0 (30:26, 30:25, 30:27, 30:26, 30:25) hesabı ilə qələbəqazanıb. O, növbəti görüşdə ilk mərhələdən azad olan Rumıniyatəmsilçisi İoan-Serban Stoiça ilə qarşılaşacaq. Döyüş dekabrın12-də keçiriləcək.
Qeyd edək ki, Avropa çempionatı dekabrın 17-də yekunlaşacaq.