AZ

Belarus və İran razılaşdı

Tehrana səfəri zamanı Belarusun sənaye naziri Andrey Kozitsov və iranlı həmkarı Fərzanə Sadeq bütün əsas nəqliyyat marşrutları üzrə logistikanın sinxronlaşdırılması məsələsini müzakirə ediblər.

İran və Belarus arasında imzalanan müqavilələr onların tərəfdaşlığında yeni səhifə açır: bu əməkdaşlıq Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizini gücləndirmək və İranın Avrasiyada əsas tranzit mərkəzi kimi rolunu artırmaq potensialına malikdir.

Tranzit memorandumu ölkələr arasında avtomobil, dəmir yolu, dəniz və hava nəqliyyatı sahəsində çoxşaxəli əməkdaşlığı nəzərdə tutur. Bu ilin noyabr ayının sonunda Azərbaycan, İran və Rusiya arasında oxşar anlaşma memorandumu imzalanıb. Sazişin bir hissəsi olaraq, tərəflər tarif siyasətlərini sinxronlaşdırmağı və vahid tarif tətbiq etməyi, müntəzəm blok qatar xidməti yaratmağı və Şimal-Cənub marşrutu boyunca logistika prosedurlarını optimallaşdırmağı planlaşdırırlar.

//Samir Qurbanov, Editor.az

Seçilən
85
editor.az

1Mənbələr