Almaniyanın Keinbaum şəhərində yeniyetmə boksçular arasında U-17 Avropa çempionatına start verilib. 29 ölkənin qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin 1 idmançısı mərhələ adlayıb.
Əli Abaslı (52 kq) 1/16 finalda Qabriel Cuffarini (İtaliya) məğlub edib – 5:0 (30:26, 30:25, 30:27, 30:26, 30:25). O, növbəti görüşündə ilk mərhələdən azad olan İoan-Serban Stoiça (Rumıniya) ilə qarşılaşacaq. Döyüş dekabrın 12-də olacaq.
Qeyd edək ki, Avropa çempionatına dekabrın 17-də yekun vurulacaq.
Dünya çempionatında daha 3 boksçumuz qələbə qazanıb
Millimiz Avropa çempionatına 20 boksçu ilə qatılacaq
Azərbaycanın iki boksçusu dünya çempionatında mərhələ adlayıb
Boksçumuz dünya çempionatına qələbə ilə başlayıb
Azərbaycan boksçuları neft ölkələri arasında Dünya kubokunda mübarizə aparacaqlar