AZ

İngiltərə millisi iki yoldaşlıq matçı oynayacaq

İngiltərə milli komandası mart ayında 2026-cı il dünya çempionatına hazırlıq çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək.

90deqiqe.Az-ın İngiltərə Futbol Assosiasiyasına istinadən məlumatına görə,  27 mart tarixində “üç şir” Uruqvayla, 31 mart tarixində isə Yaponiya ilə üz-üzə gələcək. Hər iki oyun Londondakı “Uembli” stadionunda keçiriləcək.

Hazırda İngiltərə milli komandası FIFA reytinqində 4-cü, Uruqvay 16-cı, Yaponiya isə 18-ci pillədədir. Bu oyunlar İngiltərə üçün dünya çempionatı üçün baş məşqçi Tomas Tuhelin heyəti açıqlayacağıadək son yoldaşlıq qarşılaşmaları olacaq.

Qeyd edək ki, 2026-cı il dünya çempionatının qrup mərhələsində İngiltərə komandası Xorvatiya, Qana və Panama ilə eyni qrupa düşüb.

Seçilən
39
90deqiqe.az

1Mənbələr