AZ

ABŞ məhkəməsi Trampa Milli Qvardiyanı Kaliforniyadan geri çəkməyi əmr edib

Tramp administrasiyası Kaliforniya Milli Qvardiyasının Los-Ancelesə yerləşdirilməsinə son qoymalı və qoşunların nəzarətini ştata qaytarmalıdır.

AzPost Associated Press-ə istinadən bildirir ki, bu barədə federal məhkəmə qərar verib.

San-Fransisko dairə məhkəməsinin hakimi Çarlz Breyer Prezident Donald Trampın immiqrasiya nəzarətini gücləndirmək üçün qubernatorun təsdiqi olmadan ştata qvardiyanın yerləşdirilməsi ilə bağlı fövqəladə qərarına qarşı çıxan Kaliforniya rəsmilərinin tələbini təsdiqləyib.

Lakin o, qərarını bazar ertəsinə qədər təxirə salıb. Kaliforniya iddia edib ki, qvardiyanın daxil olduğu iyun ayınına nisbətən Los-Ancelesdəki şərait dəyişib.

Administrasiya əvvəlcə 4000-dən çox Kaliforniya Milli Qvardiyası əsgərini çağırıb, lakin oktyabrın sonuna qədər bu rəqəm bir neçə yüzə qədər azalıb. Los-Anceles ərazisində yalnız təxminən 100 əsgər qalıb. Administrasiya qoşunların yerləşdirilməsini fevral ayına qədər uzadıb.

Ədliyyə Nazirliyinin vəkilləri bildiriblər ki, administrasiyanın federal personalını və əmlakı qorumaq üçün Los-Anceles ərazisində hələ də qvardiyaçılara ehtiyacı var.

AzPost.az

Seçilən
23
1
azpost.info

2Mənbələr