AZ

Bakıda Azərbaycan və Rusiya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Bakı. Trend:

9 dekabr 2025-ci il tarixində Bakı şəhərində AzərbaycanRespublikasının Xarici İşlər Nazirliyi ilə Rusiya FederasiyasınınXarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbətiraundu baş tutub.

Trend xəbər verirki, məlumatı Xarici İşlər Nazirliyi yayıb.

Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə xarici işlərnazirinin müavini Samir Şərifov, Rusiya tərəfinə isə xarici işlərnazirinin müavini Mixail Qaluzin rəhbərlik edib.

Tərəflər Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin mövcudvəziyyəti, gündəlikdə duran məsələlər, eləcə də qarşılıqlı maraqdoğuran beynəlxalq və regional mövzular üzrə geniş fikir mübadiləsiaparıblar. Bildirilib ki, bu ilin 9 oktyabrında Düşənbədə iki ölkəliderlərinin görüşündə əldə olunan razılaşmalar ikitərəfli siyasidialoqun əsasını təşkil edir.

Siyasi məsləhətləşmələr zamanı iqtisadi, ticarət, humanitar vədigər sahələrdə əməkdaşlıq perspektivləri də müzakirə olunub.Bundan əlavə, regional platformalar çərçivəsində əməkdaşlıqməsələləri nəzərdən keçirilib və Azərbaycanla Ermənistan arasındaikitərəfli normallaşma prosesi barədə Rusiya tərəfinə ətraflıməlumat verilib.

Seçilən
98
6
az.trend.az

10Mənbələr