Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak bildirib ki, Türkiyə yaxın gələcəkdə Rusiyanın S-400 hava hücumundan müdafiə raket sistemlərindən tamamilə imtina etmək istəyir. Səfir əlavə edib ki, ölkə bundan sonra Amerikanın beşinci nəsil F-35 qırıcı təyyarələrini alacaq. Buna görə də, səfirin sözlərinə görə, Türkiyə ordusu artıq 2019-cu ildə Rusiyanın təchiz etdiyi sistemlərdən istifadə etmir. Barrak onları "əsasən qorunub saxlanılan" kimi təsvir edib. Lakin, Rusiya sistemlərinin Türkiyə ordusunda olması Ankaranın Vaşinqtonla münasibətlərini çətinləşdirir. Türkiyə S-400-lərin ilk partiyasını aldıqdan sonra ABŞ və müttəfiqlərinin dördüncü nəsil qırıcılarını beşinci nəsil Lockheed Martin F-35 Lightning II qırıcıları ilə əvəz etməyi hədəfləyən Birgə Hücum Döyüşçüləri proqramından kənarlaşdırılıb.
Ehtiyyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Türkiyə müstəqil ölkədir və müstəqil siyasətini yürüdür. Bu səbəbdən də maraqlarına, təhlükəsizlik baxımından hansı qərarlar qəbul etməlidirsə, o qərarları qəbul edib. Ona görə də suveren dövlət olaraq, S-400 və F-35 üzrə qərar Türkiyənin öz əlindədir.
Şair Ramaldanov
Ekspertin fikrincə, Türkiyənin hərbi hava qüvvələrinə təyyarələrin alınmasına bir müddətdir ABŞ tərəfindən müəyyən maneələr törədilir: “ABŞ çox faktorlardan təzyiq mexanizmi kimi istifadə etmək imkanına sahibdir. ABŞ bəzi dövlətlərin müstəqil qərar qəbul etməsinə bir şəkildə təsir etmək istəyir. Ancaq Türkiyə qəbul etdiyi qərarlarda, o cümlədən S-400-ləri Rusiyadan almaqla bir daha onu göstərdi ki, qərarı özü verib və Türkiyə müstəqil dövlətdir. Türkiyə ABŞ tərəfindən başqa ölkələrə edilən təzyiqin özünə edilməsinə razı olmayacaq.
Son zamanlar Tramp hakimiyyəti dövründə Türkiyə-ABŞ münasibətləri etibarlı sayıla bilər. Bu baxımdan, Türkiyənin hərbi hava qüvvələri ilə bağlı yeni təyyarələrin alınması üzrə danışıqları müsbət istiqamətdə inkişaf edib. Hər iki ölkənin müəyyən bir şəkildə maraqlarını nəzərə alaraq, qərar qəbul etməsi gözlənilir. “S-400-ləri Türkiyə istismar edə bilməz” məsələsi daha çox siyasi şərtdir. Bunun təhlükəsizliyə təsiri yoxdur”.
İradə Cəlil, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.