AZ

Ukrayna səfiri İsrail XİN-ə çağırıldı

İsrail Xarici İşlər Nazirliyi Ukraynanın Təl-Əvivdəki səfiri Yevgeni Korniyçuku çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “Ynet” portalına istinadən xəbər verir ki, bu, onun İsrailin Baş naziri Benyamin Netanyahunun Rusiya Prezidenti Vladimir Putinlə danışıqları ilə bağlı bəyanatlarını tənqid etməsindən sonra baş verib.

Bildirilir ki, İsrail Xarici İşlər Nazirliyinin baş direktorunun müavini Yuval Foks ukraynalı diplomata onun sözlərini “tamamilə qəbuledilməz” və “diplomatik protokolu pozduğunu” deyib.

Qeyd edək ki, dekabrın 8-də Netanyahu Knessetdə (İsrail parlamenti) Putinlə mütəmadi olaraq əlaqə saxladığını bildirib. 

Seçilən
44
operativmm.az

1Mənbələr