AZ

“Onlar bunu vermirlər - VAR-ın niyə bu qədər səhv etdiyini başa düşmürəm”

“Milan”, “Real” kimi komandaların sabiq baş məşqçisi Fabio Kapello Çempionlar Liqasının liqa mərhələsinin “İnter” – “Liverpul” oyununda (0:1) İngiltərə klubuna verilən penaltiyə görə hakimin qərarına etiraz edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu qərara şübhə ilə yanaşıb:

Bu, qalmaqallı bir penalti idi. Onlar bunu vermirlər. Bu, açıq-aşkar simulyasiya idi. VAR-ın niyə bu qədər səhv etdiyini başa düşmürəm”.

“İnter” Çempionlar Liqasında ardıcıl ikinci məğlubiyyətini alıb.

Seçilən
38
sportinfo.az

1Mənbələr