AZ

Azərbaycanda yeni Əmək Məcəlləsi hazırlanır - DETALLARVİDEO

Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası dəyişir.

Xezerxeber.az-ın xəbərinə görə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Əmək Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı işçinin məzuniyyətdə olduğu müddətdə aldığı əməkhaqqının yeni qaydada müəyyənləşəcəyini bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov bildirib ki, Eyni yanaşma 179-cu maddədə nəzərdə tutulmuş hallara da şamil olunur. Belə ki, iş yerinin və orta əməkhaqqının saxlandığı hallar üzrə ödəniş son iki aya əsasən hesablanır. Əgər son iki ay üzrə orta əməkhaqqı daha yüksəkdirsə, ödəniş həmin məbləğlə təmin ediləcək. Bu məbləğ aşağıdırsa, bu zaman hesablamalar sonuncu iş gününə aid əməkhaqqı əsas götürülməklə aparılacaq.

Komitə sədri Musa Quliyev isə yeni Əmək Məcəlləsi hazırlandığını bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
45
xezerxeber.az

1Mənbələr