ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
BBC-nin “Mediazona” və könüllülər qrupunun açıq mənbələr əsasında apardığı araşdırmaya görə, Ukrayna müharibəsində 147 252 rus hərbçisi həlak olub.
Son bir ay ərzində siyahıya 11 mindən çox yeni ad əlavə edilib. Araşdırmanın müəllifləri bildirirlər ki, bu artım əsasən əvvəllər itkin düşmüş kimi axtarılan hərbçilərin ölümünün təsdiqlənməsi ilə bağlıdır.
Araşdırmada yalnız nekroloqlar yox, həmçinin itkin düşmüş hərbçilərlə bağlı axtarış elanları da nəzərə alınıb. Son ay ərzində bu elanlar irsi işlər reyestrinin açıq məlumatları ilə tutuşdurulub.
Reyestr faktiki olaraq ölüm faktını təsdiq edir: yaxınlarının miras almaq üçün etdiyi müraciətlər burada əks olunur. Hər hansı itkin hərbçinin soyadı həmin qeydlərdə görünürsə, bu onun ya cəsədinin tapıldığını, ya da rəsmən həlak sayıldığını göstərir.
"AzPolitika.info"
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.