AZ

ABŞ süni intellekti səhiyyə sahəsində strateji prioritet elanETDİ

ABŞ-nin Sağlamlıq və İnsan Xidmətləri Departamenti (HHS) süni intellektin səhiyyə xidmətlərində tətbiqini genişləndirməyə yönəlmiş yeni “AI Strategiyası”nı təqdim edib.

Redaktor.az xəbər verir ki, sənəd departamentin fəaliyyətində süni intellekt alətlərinin daha səmərəli istifadəsini, səhiyyə işçilərinin iş yükünün azaldılmasını və ictimai sağlamlıq xidmətlərinin modernləşdirilməsini hədəfləyir.

Yeni strategiya süni intellektin səhiyyədə tətbiqinə dair beş prioritet istiqaməti müəyyənləşdirir. Bunlara AI-nin idarə olunması və risklərin qiymətləndirilməsi, texnoloji infrastrukturun yaradılması, səhiyyə işçilərinin AI istifadə bacarıqlarının artırılması, elmi araşdırmalarda süni intellektdən geniş istifadə və ictimai sağlamlıq xidmətlərinin təkmilləşdirilməsi daxildir.

HHS rəsmiləri bildiriblər ki, süni intellekt “insanı əvəz edən yox, onun işini asanlaşdıran vasitə” kimi nəzərdə tutulur. Strategiya çərçivəsində departamentə daxil olan bütün qurumlarda – CDC, FDA, NIH və digər fəaliyyət sahələrində – vahid “OneHHS” yanaşması tətbiq ediləcək.

Yeni AI strategiyası ABŞ-da səhiyyə sisteminin rəqəmsallaşdırılması və innovativ texnologiyaların geniş tətbiqi istiqamətində atılan növbəti addım kimi qiymətləndirilir. Bu yanaşmanın yaxın illərdə xəstə baxımı keyfiyyətinə, tibbi tədqiqatlara və ictimai sağlamlıq proqramlarına ciddi təsir göstərəcəyi gözlənilir.

Xədicə BAXIŞLI

Seçilən
40
1
redaktor.az

2Mənbələr