AZ

Millimizin II raunddakı rəqibləri bəlli oldu

Bu gün 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2025/2026 mövsümü üzrə II raundunun püşkü atılıb.

Sportal.az xəbər verir ki, püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib. B Liqasının 2-ci qrupunda yer alan U-17 Bolqarıstan, Litva və Malta yığmaları ilə mübarizə aparacaq.

Millimizin oyunlarının təqvimini nəzərinizə çatdırırıq:

24 mart 2026-cı il

Bolqarıstan – Azərbaycan

27 mart

Litva – Azərbaycan

30 mart

Malta – Azərbaycan

Qeyd: Qrupun oyunları Bolqarıstanda keçiriləcək.

saytlarin hazirlanmasi

Seçilən
57
sportal.az

1Mənbələr