AZ

“Gizlin pul yığmışdı, maşın alıb sürpriz edəcəkdi...” – Eltacın atasıVİDEO

Gizlin pul yığıb maşın alacaqdı... Atasına novruz bayramında supriz edəcəkdi...

Xezerxeber.az xəbər xatırladır ki, ötən ay baş verən hadisə  yaddaşda qara hərflərlə yazıldı. Restoranda ofisiant işləyən dörd gəncin həyatını elektrik cərəyanı aldı, dörd ailənin ocağı sönmüş kimi oldu. Onlardan biri,  Masazırda yaşayan Eltac  heçkimə  demədən pul yığırmış. Arzusu böyük imiş: özünə maşın alıb atasına sürpriz etmək  "ata, bax, artıq mən də böyümüşəm" demək.

19 yaşlı Eltac Əliyevin arzuları yarımçıq qaldı. Amma atası onun adını yaşatmaq istədi. Onun pulu ilə yaşadığı küçəyə asfalt saldı.

Qonşuluqda yaşayan şəxslər deyir ki  Eltac çox ağıllı uşaq olub. Edilən bu iş onun adını daim yaşadacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
30
5
xezerxeber.az

6Mənbələr