AZ

Bəzi tıxac halları sürücülərin səbrsizliyi və bir birinə qarşı hörmətsiz münasibətindən qaynaqlanır

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Sosial şəbəkələrdə təcrübəsiz sürücülər səbəbindən hərəkətin iflic olduğu yolla bağlı görüntülər gündəm olub. Mətbuat prospekti ilə Akim Abbasov küçəsinin kəsişməsində yaranan sıxlıq bir neçə ərazidə ciddi tıxaca səbəb olub. DYP əməkdaşının hərəkətə nəzarət etməsi nəticəsində yolda yaranan sıxlığın qarşısı alınıb.Tıxacın səbəbi maşınların sayı yox, maşın sürə bilməyənlərin say çoxluğudur, yoxsa sürücülərin sürücülük bacarıqlarının və sürücülük mədəniyyətinin çatışmazlığıdır?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, sürücülər növbə prinsipinə əməl etmir: “Yol ayrıcına diqqətlə baxsaq, görərik ki, əslində heç bir tıxac yoxdur. Yol ayrıcından sonra bütün istiqamətlərdə yol açıqdır. Problem, sadəcə olaraq, sürücülərin səbrsizliyi və bir-birinə hörmətsiz münasibətindən qaynaqlanır. Bəziləri qaydalara məhəl qoymur, qarşısındakı sürücüyə yol vermir, nəticədə süni tıxac yaranır. Sarı torların olub-olmamasından asılı olmayaraq, yol ayrıcında dayanmaq qadağandır. Əgər qarşıda avtomobil yol ayrıcını tam tərk edə bilmirsə, həmin əraziyə daxil olmaq qayda pozuntusudur. Amma burada tıxac yoxdur, sadəcə olaraq, sürücülər növbə prinsipinə əməl etmir. Bu, həm aqressivliyə, həm də yol mədəniyyətinin zəifliyinə işarədir. Təəssüf ki, bu cür vəziyyətlər ölkəmizin imicinə də mənfi təsir göstərir. Çıxış yolu isə əlavə canlı nizamlayıcılardır. Yol polislərinin sayı az ola bilər, ona görə də pik saatlarda könüllü nizamlayıcıların cəlb edilməsi faydalı ola bilər. Svetofor olsa da, canlı nəzarət olmadıqda bəzi sürücülər qaydalara əməl etmir və nəticədə tıxac yaranır”.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
bizimyol.info

1Mənbələr