AZ

“YPX əməkdaşları tıxac olan əraziyə gələrək hərəkəti əl ilə tənzimləyir və tıxacın aradan qaldırılmasına kömək edirlər”

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sosial şəbəkələrdə təcrübəsiz sürücülər səbəbindən hərəkətin iflic olduğu yolla bağlı görüntülər gündəm olub. Mətbuat prospekti ilə Akim Abbasov küçəsinin kəsişməsində yaranan sıxlıq bir neçə ərazidə ciddi tıxaca səbəb olub. DYP əməkdaşının hərəkətə nəzarət etməsi nəticəsində yolda yaranan sıxlığın qarşısı alınıb.Tıxacın səbəbi maşınların sayıdır, yoxsa maşın sürə bilməyənlərin say çoxluğudur?

Məsələ ilə bağlı Bizimiyol.info xəbər portalına nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, sürücülər yol nişanlarının tələblərinə uyğun hərəkət etməlidirlər.

Eldəniz Cəfər

"Belə vəziyyətlər əsasən svetoforların işləməməsi səbəbindən yaranır. Əgər svetoforlar işləmirsə, sürücülər yol nişanlarının tələblərinə uyğun hərəkət etməlidirlər. Lakin sürücülər bu nişanlara riayət etmədikdə və hərəkəti nizamlaya bilmədikdə, tıxac qaçılmaz olur. Bu zaman məsələni yol patrul xidmətinin əməkdaşları nəzarətə götürür. Onlar həmin əraziyə gələrək hərəkəti əl ilə tənzimləyir və tıxacın aradan qaldırılmasına kömək edirlər. Mənim bildiyimə görə, konkret bu halda da patrul əməkdaşları hadisə yerinə gələrək vəziyyəti nizama salıblar"-deyə Eldəniz Cəfərov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
bizimyol.info

1Mənbələr