ABŞ-da bir hakim Epstein işindən münsiflər heyətinin transkriptlərinin açıqlanması tələbini təmin edib
ABŞ-da hakim yetkinlik yaşına çatmayan qızları hədəf alan fahişəlik şəbəkəsi idarə etməkdə ittiham olunaraq həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynin cinsi istismar məhkəməsinin münsiflər heyətinin transkriptlərinin ictimaiyyətə açıqlanması tələbini təsdiqləyib.
ABŞ Rayon Hakimi Riçard M. Berman, hökumətin onları ictimaiyyətə açıqlamasını tələb edən yeni qanuna istinad edərək, Epşteynin 2019-cu il cinsi istismar məhkəməsindən götürülmüş "məxfi böyük münsiflər heyətinin transkriptləri"ni məxfi saxlamaq barədə əvvəlki qərarını ləğv etdi.
ABŞ Ədliyyə Nazirliyinin qeydlərin məxfiliyini ləğv etmək tələbini qəbul edən Berman dünən federal hakim Pol Engelmayerlə razılaşdı. Pol Engelmayer Epşteynin sevgilisi Ghislaine Maxwellin məhkəməsi ilə bağlı bütün istintaq sənədlərinin Ədliyyə Nazirliyi tərəfindən ictimaiyyətə açıqlana biləcəyinə qərar vermişdi.
Berman əvvəllər açıqlaması planlaşdırılan təxminən 70 səhifəlik böyük münsiflər heyəti sənədlərinin çox da işıqlandırıcı olmadığını və Epşteynin davranışı ilə bağlı "yalnız şayiələrin qısa təsvirini" təqdim etdiyini bildirmişdi.
Ötən həftə Florida ştatındakı başqa bir rayon hakimi 2000-ci illərdən bəri Epşteynə qarşı aparılan qeyri-müəyyən federal böyük münsiflər heyətinin istintaqının transkriptlərinin məxfiliyini ləğv etməyi əmr etdi.
18 yaşından kiçik, ən kiçiyi 14 yaşında olan onlarla qıza cinsi istismar etməkdə və fahişəlik şəbəkəsi idarə etməkdə ittiham olunan Epşteyn 10 avqust 2019-cu ildə Nyu-York Manhetten Metropolitan Mərkəzi Həbsxanasındakı kamerasında ölü tapılıb.
Açıqlanan Epşteyn işi sənədlərinə Şahzadə Endryu, ABŞ prezidenti Donald Tramp, ABŞ-ın keçmiş prezidenti Bill Klinton, İsrailin keçmiş baş naziri Ehud Barak, ABŞ-ın keçmiş vitse-prezidenti Al Qor, aktyor Kevin Speysi, müğənni Maykl Cekson, illüzionist Devid Kopperfild, vəkil Alan Derşovitz və Nyu Meksiko ştatının keçmiş qubernatoru Bill Riçardson kimi məşhur adlar daxil idi.
ABŞ Federal Təhqiqat Bürosu (FTB) ABŞ Ədliyyə Nazirliyi ilə apardığı araşdırmadan sonra məşhur adların yer aldığı "müştəri siyahısı"na dair heç bir dəlil tapmadıqlarını açıqladı və hökumət rəsmiləri, məşhurlar və iş adamları ilə əlaqəli cinayətlərdə iştirak etdiyi üçün ört-basdır məqsədilə öldürüldüyü iddia edilən Epşteynin əslində kamerasında intihar etdiyi qənaətinə gəldi.
ABŞ jurnalisti Taker Karlson da Epşteynin "İsrail üçün işlədiyini, Vaşinqtonda hər kəsin eyni şeyi düşündüyünü, lakin bunu açıq şəkildə deyə bilmədiyini" iddia etdi.
"The Wall Street Journal" (WSJ) qəzeti iddia edirdi ki, Epşteynin sevgilisi Ghislaine Maxwell tanışlarından Epşteynə 50 illik yubileyi münasibətilə məktub yazmalarını xahiş edib və onlardan biri Trampa göndərilib.
aia.az
Tərcümə şöbəsi