525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə Sumqayıt Heydər Əliyev Mərkəzində Sumqayıt şəhərinin müəllimləri ilə maarifləndirici görüş keçirilib.
525.az xəbər verir ki, görüşdə Elm və Təhsil Nazirliyi Yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə, İctimai Şuranın katibi Günay Əkbərova, Milli Məclisin deputatları Mehriban Vəliyeva, Ceyhun Məmmədov, eləcə də Abşeron-Xızı Regional Təhsil İdarəsinin Sumqayıt şəhəri üzrə təhsil sektorunun müdiri İman Ağayev iştirak ediblər.
Tədbir zamanı çıxış edən Mehriban Vəliyeva müəllimin cəmiyyətdəki missiyası və daşıdığı mənəvi məsuliyyət haqqında danışıb. Ceyhun Məmmədov müasir dövrdə müəllimin hansı keyfiyyətlərə sahib olmalı olduğu məsələsinə toxunub. Professor Hikmət Əlizadə müasir təhsildə sinfi idarəetmənin psixopedaqoji aspektlərini diqqətə çatdırıb. Günay Əkbərova isə tədris prosesində inkluziv mühitin qurulmasının əhəmiyyəti və praktik yolları barədə geniş məlumat verib.
Görüş İman Ağayevin Sumqayıt müəllimlərinə həsr olunmuş motivasiyaedici çıxışı ilə yekunlaşıb. Sonda müəllimlərin sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.