AZ

Azərbaycan və Ermənistan sərhədlərin bir hissəsini dəqiqləşdirə bilər Gələn ilin ilk üç ayında...

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Azərbaycan - Ermənistan sərhədinin delimitasiyası ilə bağlı işlər davam edir.

“AzPolitika” xəbər verir ki, bu barədə bu gün Azərbaycan və Ermənistan sərhədi üzrə komissiyaların fəaliyyətindən danışan erməni spiker Alen Sumonyan bildirib. Onun sözlərinə görə, yaxın gələcəkdə sərhədin müəyyən bir hissəsi delimitasiya ediləcək və Kırancı hissəsində əldə olunan nəticələrə oxşar müsbət vəziyyət yaranacaq.

Qeyd edək ki, Kırancı delimitasiya prosesində konkret bir hissə, zonadır. Simonyan bu bölgəni misal göstərərək deyir ki, burada aparılan işlər və əldə olunan sülh vəziyyəti nümunəvi hesab olunur və gələcək delimitasiya işləri üçün model kimi istifadə oluna bilər.

Spiker sərhədin konkret hansı hissəsi və delimitasiyanın hansı vaxt çərçivəsində tamamlanacağı barədə hələ dəqiq məlumat verməyib, lakin qeyd edib ki, bu iş gələn ilin ilk üç ayında davam edə bilər.

Artıq üç ildən çoxdur ki, sərhədin delimitasiyası üzrə komissiyalar fəaliyyət göstərir, amma indiyədək yalnız Qərb zonasında 12 km-lik hissə delimitasiya olunub. Bu delimitasiya nəticəsində Ermənistanın nəzarətində olan dörd kənd geri qaytarılıb.

Bu ilin sentyabrında Ermənistan və Azərbaycan sərhəd komissiyalarının rəhbərləri Zəngəzur və Zəngilana qarşılıqlı səfərlər edib, noyabrın sonunda isə Qəbələdə görüş baş tutub. Görüşdən sonra Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib ki, delimitasiya prosesi hələ də dəyişməyib və sərhədin delimitasiyası şimaldan başlayaraq, Ermənistan, Azərbaycan və Gürcüstan sərhədinin qovşağından cənuba doğru davam edəcək.

O, «TRIPP layihəsi ilə bağlı bəzi sərhəd hissələrinin delimitasiyasının öncədən həyata keçiriləcəyini mümkün hesab edir.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
azpolitika.info

1Mənbələr