Ürək qüsurları mürəkkəb və potensial təhlükəli vəziyyətlərdir. Bu qusurlar uzun müddət insan üçün hissedilməz halda qala bilir.
AzPost bildirir ki, bu barədə kardioloq, tibb elmləri doktoru Yevgeni Kokin Lenta.ru-ya bu qusurlar məkrliliyi barədə danışıb.
Həkimin sözlərinə görə, ürək qüsuru orqanın strukturunda, klapanlarında və ya əsas damarlarında patoloji dəyişikliklər səbəbindən davamlı disfunksiyadır. Patologiya ya anadangəlmə, ya da infeksiyalar, xəsarətlər, yaşla bağlı dəyişikliklər və ya xroniki iltihab nəticəsində qazanılmış ola bilər.
Kokinin qeyd etdiyi kimi, əsas təhlükə ürək qüsurlarının simptomlarının tez-tez digər xəstəliklər kimi gizlədilməsi və ya yorğunluq, stress və ya yüksək iş yükü ilə əlaqələndirilməsidir. Kardioloq vurğulayıb ki, erkən aşkarlanma ciddi fəsadların qarşısını almaq şansını əhəmiyyətli dərəcədə artırır.