AZ

"Qalatasaray" və "Fənərbağça" Libertadores qalibinin izində

Türkiyənin iki nəhəngi “Qalatasaray” və “Fənərbağça” “Flamenqo”nun müdafiəçisi Leo Pereyra ilə maraqlanır.

Fanat.Az xəbər verir ki, “Ge Globo” nəşrinin yaydığı məlumata əsasən, Braziliya klubu oyunçunu satmağa açıq olsa da, yalnız sərfəli təklif olduğu halda danışıqlara başlamağa hazırdır.

Libertadores kubokunun qalibi olan təcrübəli futbolçunun dəyəri təxminən 9 milyon avrodur.

Onun indiki performansı Avropaya keçid ehtimalını getdikcə artırır.

Seçilən
114
fanat.az

1Mənbələr