AZ

Nigeriyada tükürpədici olay

ain.az bildirir, 525.az portalına istinadən.

Nigeriyada insan orqanları alverçilərinin törətdiyi vəhşiliyin üstü açılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, İmo ştatının Nqor-Okpala bölgəsinin Umuxu qəsəbəsində polis, səhiyyə və yerli hakimiyyət orqanları birgə əməliyyat keçiriblər.

Əməliyyat zamanı hotellərin birində və şəxsi morqda yüzdən çox insan cəsədi aşkarlanıb. Onların hamısının daxili orqanları çıxarılıbmış. Hotelin və morqun sahibi axtarışa verilib. Onun yeri müəyyənləşdirilir.

Qeyd edək ki, polis şübhəli şəxsin evində də axtarış aparıb və istintaq üçün vacib dəlillər götürüb.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
525.az

1Mənbələr