AZ

Sankt-Peterburqda “Pravoberejnı” bazarı YANIR – VİDEO

Sankt-Peterburqda “Pravoberejnı” bazarı yanır.

İnterpress.az xəbər verir ki, bu barədə “78 | Novosti” teleqram kanalı məlumat yayıb. Hadisə yerinə xilasedicilər cəlb olunub, yanğının səbəbləri hələlik məlum deyil.

Məlumata əsasən, Sankt-Peterburq şəhərindəki “Pravoberejnı” bazarının binasında yanğın başlayıb.

Hadisənin Dıbenko küçəsi 16 ünvanında qeydə alındığı bildirilir. Yanğının 25×100 metr ölçülü tikilini əhatə etdiyi qeyd olunur.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Xəsarət alanlar və yanğının başvermə səbəbləri barədə hələlik dəqiq məlumat yoxdur.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
66
interpress.az

1Mənbələr