Trampın immiqrasiya ilə bağlı dözləri ABŞ-də müzakirələrə səbəb olub...
Poliqon xəbər verir ki, Donald Tramp Amerika Birləşmiş Ştatlarına immiqrasiyanın mənbələri ilə bağlı növbəti sərt açıqlama verib və bəzi ölkələri təhqiramiz ifadələrlə xarakterizə edib.
Trampın “Niyə bizə ancaq zir-zibil ölkələrdən miqrantlar gəlir?”, sualı isə ABŞ-fə müzakirələrə səbəb olub.
ABŞ prezidenti çıxışı zamanı Niderland, Şimali Avropa və Almaniya kimi ölkələrdən “yaxşı insanlar” gəlməsini arzuladığını deyib.
“Niyə bizə yalnız zir-zibil ölkələrdən insanlar gəlir? Norveç, İsveç, Almaniya bəlkə bizə bir neçə yaxşı adam göndərəsiniz?”, deyə Tramp istehza ilə bildirib.
Tramp əlavə edib ki, ABŞ-yə gələn miqrantların bir qismi Somalidən olur və həmin ölkəni “bədbəxtlik, qanunsuzluq və cinayətkarlıq içində olan yer” kimi təsvir edib.
“Oralar iyrənc, çirkli, cinayətlərlə dolu yerlərdir. Onların yaxşı olduğu yeganə şey, gəmilərə hücum etməkdir”, deyə ABŞ prezidenti miqrantlarla bağlı fikirlərini davam etdirib.
Trampın bəyanatları ABŞ-də geniş ictimai və siyasi reaksiyaya səbəb olub. Tənqidçilər prezidentin sözlərini irqçi və aşağılama xarakterli adlandıraraq, belə ifadələrin miqrasiya siyasətinə və beynəlxalq münasibətlərə zərər vurduğunu bildiriblər. Tramp tərəfdarları isə onun “imkanlar ölkəsinin təhlükəsizliyini qorumağa çalışdığını” iddia edir.
Poliqon.info