Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
Roma Papası Lev XIV ABŞ prezidenti Donald Trampın son açıqlamalarına münasibət bildirib. Tramp həmin açıqlamalarında Avropanın “tənəzzül içində olduğunu” və onun liderlərinin “zəif” sayıldığını demişdi.
Bizimyol.info xəbər verir ki, mətbuatın Ukrayna üçün Amerika sülh planını ədalətli hesab edib-etmədiyi suslına, papa "bu barədə şərh verməməyi üstün tutduğunu" bildirib.
“Mənim fikrimcə, təəssüf ki, gördüyüm bəzi şeylər uzun illər boyunca Avropa ilə Amerika arasında mövcud olmuş həqiqi ittifaqda böyük dəyişikliklərə işarə edir”, - deyə o ardınca əlavə edib.
Onun sözlərinə görə, son müsahibələrdə Avropa haqqında səslənən fikirlər bu gün və gələcəkdə “çox vacib olaraq qalmalı” olan ittifaqı sarsıtmağa yönəlib.
“Bu, prezident Tramp və onun müşavirlərinin hazırladığı proqramdır. O, Amerika Birləşmiş Ştatlarının prezidenti olaraq buna haqqı var. Amma proqramda elə məqamlar var ki, düşünürəm, bəlkə ABŞ-da bəzi insanlara xoş gələ bilər, lakin çoxları bunu tam başqa cür qiymətləndirəcək”, - deyə papa daha sonra ABŞ prezidentinə birbaşa xatırlatma edib.
Ukrayna mətbuatının məlumatına görə, bir müddət əvvəl Zelenski Roma Papası ilə görüşüb. Rəsmi məlumatda deyilir: “Müqəddəs Ata dialoqun davam etdirilməsinin vacibliyini bir daha vurğuladı və ümid etdiyini bildirdi ki, mövcud diplomatik təşəbbüslər ədalətli və davamlı sülhə gətirib çıxara bilər.”
Bundan əlavə, mətbuat Lev XIV-ün Ukraynadakı müharibə ilə bağlı başqa bir açıqlaması barədə də xəbər verib. “Üzülərək Ukraynanın bir çox şəhərlərində, xüsusilə də Kiyevdə davam edən hücumlarla bağlı xəbərləri izləyirəm. Bu hücumlar ölüm və yaralanmalara, o cümlədən uşaqların zərər çəkməsinə səbəb olur, mühüm mülki infrastruktura ciddi ziyan vurur və ailələri soyuqların yaxınlaşdığı bir vaxtda evsiz qoyur”, - deyə o bildirmişdi.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.