ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Üç ildən çoxdur ki, Rusiya-Ukrayna savaşı davam edir. Əvvəlcə “bir həftəyə bitər” inancı ilə müharibəyə başlayan Rusiya sonradan Ukrayna ilə yox, Qərblə müharibə etdiyini anlayanda bütün gücünü səfərbər etdi. Hətta prezident Putin dəfələrlə nüvə silahından istifadə edəcəyi ilə bağlı təhdidlər ünvanlamağa başladı. Aradan 3 ildən çox bir zaman keçib, bu müharibəni "uduzan" Ukrayna-Qərb birliyidir. Və uduzmaqda davam edir. Rusiya qazanmasa da, məğlub olmur. Əslində hər iki tərəf üçün sülh lazımdır. Amma sülh gecikir…
Politoloq Əli Mustafa Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün Ukrayna və Rusiya sülh danışıqları aparırlar, amma buna razılıq yoxdur: “Rusiya Ukrayna ərazilərini istəyir, Ukrayna da öz ərazilərini Rusiyaya vermək istəmir”.
Əli Mustafa
Politoloq vurğulayıb ki, sülh nə qədər tez olsa, o qədər yaxşıdır: “Təəssüf ki, sülh hələlik real deyil. Çünki tərəflər ən vacib məsələlərdə anlaşa bilmirlər. Tramp təzyiq etsə də, Ukraynanı əraziləri verməyə vadar edə bilmir. Eyni zamanda onun tələbləri və yaxud təkidləri Rusiyanı Ukrayna ərazilərindən geri çəkilməyə məcbur edə bilmir. Bir məsələni də qeyd edim ki, bu atəşkəs məsələsinə, ümumiyyətlə Rusiya isti yanaşımır. Rusiya hesab edir ki, öncə fundamental razılıq olmalıdır. Bundan sonra müharibə dayanmalıdır. Əks halda atəşkəsdən söhbət gedə bilməz. Hazırda tələsən atəşkəs belə, məncə, Ukrayna üçün daha yaxşıdır. Gecikən sülh də ola bilsin, Rusiya üçün məqbuldur. Çünki Rusiya düşünür ki, zaman keçdikcə yeni ərazilər işğal edir”.
İradə Cəlil, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.