AZ

Deputat: “Ramiz Mehdiyev təqaüdə çıxdıqdan sonra xəyanət yolunu seçdi”

ain.az, Demokrat.az saytına istinadən bildirir.

“Hakimiyyəti qeyri-qanuni yolla ələ keçirmək cəhdləri, əslində, müəyyən şəxslərin gizli siyasi niyyətlərini reallaşdırmaq və eyni zamanda dövlətin möhkəmliyini yoxlamaq məqsədi daşıyır”. Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə deyib.O bildirib ki, 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra ölkədə hakimiyyət tez-tez dəyişirdi:“Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, bu qeyri-sabitlik ənənəsi uzun illər davam edə bilərdi. Ulu Öndər dövlətçiliyin möhkəm əsaslarını qoydu və bu yol Prezident tərəfindən uğurla davam etdirildi. Bu gün güclü dövlətimiz var, müstəqilliyini və dövlətçiliyini qorumağı bacaran bir cəmiyyət var. Öz liderini seçə və onu dəstəkləyə bilən xalqımız var. Ramiz Mehdiyevin hakimiyyəti ələ keçirmək cəhdi isə onun uzun illər gizli saxladığı niyyətin gerçəkləşməsi kimi görünür. Halbuki həm Ulu Öndər, həm də Cənab Prezident ona böyük etimad göstərmişdilər”.Deputatın sözlərinə görə, Ramiz Mehdiyev Azərbaycan tarixinə adını müsbət şəkildə yaza bilərdi:“Lakin təqaüdə çıxdıqdan sonra o, fərqli bir yol seçdi və tarix bunu ona bağışlamayacaq. Görünür ki, hakimiyyətdə olan şəxslərin və eləcə də hakim partiyanın ona dəstək olmayacağını anlayıb radikal müxalifətə yönəldi. Amma radikal müxalifətin nə real gücü var, nə də onların məqsədləri Azərbaycanın milli maraqlarına xidmət edir. Azərbaycan dövləti isə göstərdi ki, heç kimin dünənki xidmətləri bugünkü yanlış addımlarına bəraət qazandıra bilməz. Hazırda o və onu dəstəkləyən şəxslər məhkəmə qarşısında cavab verirlər. Azərbaycan xalqının nümunə götürəcəyi Ulu Öndər Heydər Əliyev nümunəsi var. Bu gün eyni şəkildə nümunə götürə biləcəyi Prezident İlham Əliyev nümunəsi var. Ramiz Mehdiyev nümunəsi isə nə Azərbaycanın bu günü, nə də gələcəyi üçün örnək ola bilər”.Leyla Turan 

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
demokrat.az

1Mənbələr