Kathimerini qəzeti: Yunanıstan İsraildən silah almağa davam edəcək
Yunanıstanın "Kathimerini" qəzeti ölkənin İsraildən silah alışını davam etdirəcəyini iddia edib.
“Kathimerini” qəzetində yer alan xəbərə görə, Baş nazir Kiriakos Mitsotakisin sədrliyi ilə keçirilən Hökumət Milli Təhlükəsizlik Şurasının dünənki iclasında təsdiqlənmiş silahlanma proqramlarına Yunanıstan Parlamenti tərəfindən 5 dekabrda təsdiq edilmiş İsraildən PULS tipli çoxlüləli raket buraxıcı sistemlərinin alınması da daxildir.
Xəbərdə bu alış Mitsotakis hökumətinin İsrail sənayesinin Yunanıstan torpağında uzunmüddətli mövcudluğu üçün şərait yaratmaq istiqamətində ümumi istiqamətinin göstəricisi kimi şərh olunurdu.
Hesabatda daha sonra iddia edilirdi ki, PULS alışından sonra Yunanıstan da Axilles Shield müdafiə proqramı çərçivəsində yeni sistemlərin alınması üçün İsrail müdafiə sənayesi ilə danışıqlara başlayacaq və Spyder və Barak MX hava hücumundan müdafiə sistemlərinin, eləcə də "David's Sling" tipli uzun mənzilli raketdən müdafiə sistemlərinin bu danışıqların mövzusu olacağı qeyd olunurdu.
Hesabatda həmçinin İsrailin Yunanıstanı Avropa bazarına çıxış yolu kimi gördüyü iddia edilirdi.
aia.az
Tərcümə şöbəsi