AZ

Vüsalə Əlizadə: Savadlı, amma şikəst uşaqlar istəmirik, belə zülm olmaz VİDEO

ain.az, Olke.az portalına istinadən məlumat yayır.

Tanınmış aparıcı Vüsalə Əlizadə məktəbli çantalarının ağır olmasından gileylənib.

Ölkə.Az xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkələrdə paylaşım edib.

O, qızı Diləyin məktəb və hazırlıq çantasını göstərərək dərsliklərin sayının çox olmasından narazılığını ifadə edib:

“Bilirəm ki, bu çox anaların, çox uşaqların problemidir. İçəri çox pis vəziyyətdə girdi. Yazığım gəldi, dedim, çantanı mənə ver. Götürdüyüm anda da buraxdım. Çünki heç cür daşıya bilmədim. 

Hər dərsin 2-3 kitabı, 2-3 dəftəri var. Doğrudan da uşaqlar zülm çəkirlər. Bizim dönəmimizdə bir dərslik var idi, bir dənə də dəftərimiz olurdu. Kitabın çox olmağı uşağın yaxşı oxumağı, yaxud ağıllı olmağı demək deyil”.

Aparıcı dərs vəsaitlərinin elektronlaşdırılmasını təklif edib: 

“Kitabları elektronlaşdırsınlar. Uşaqlara bir dənə planşet alaq, bütün dərslər də içərisində olsun. Axı bu uşaqlar yazıqdır. 

Bütün günü gəlir deyir, ana, boynum, belim ağrıyır. Onurğa sistemlərində problem yaradır, ciddi fəsadlara gətirib çıxarır. Doğrudan da bu, təhlükəli gələcək deməkdir. Kaş ki, bu təhsil sistemi dəyişsin. Bu zülm, bu müsibət olmaz. Biz savadlı, amma şikəst uşaqlar istəmirik. Kaş ki, bütün sistem planşet üzərinə köçürülər”, - deyə o əlavə edib.

Billurə Yunus

 

Bu gönderiyi Instagram'da gör

Ölkə Az (@olke.az)'in paylaştığı bir gönderi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
1
olke.az

2Mənbələr