AZ

Sahibə Qafarova Lord Olderdaysla iqtisadi və parlamentlərarası əməkdaşlığı müzakirə edib

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 10-da ölkəmizdəsəfərdə olan Böyük Britaniya və Şimali İrlandiya BirləşmişKrallığının Azərbaycan Respublikası üzrə ticarət elçisi LordOlderdaysla görüşüb.

Bu barədə Trend-əParlamentdən məlumat verilib.

Görüşdə qeyd olunub ki, bu gün iki ölkə arasındakı ikitərəfliəməkdaşlıq iqtisadiyyat, ticarət, enerji, o cümlədən bərpaolunanenerji, təhsil, müdafiə sənayesi və digər sahələri əhatə edir. İkiölkə arasındakı münasibətlərin inkişafında yüksək səviyyəlisəfərlərin və görüşlərin əhəmiyyəti vurğulanaraq, bu baxımdanPrezident İlham Əliyevin Birləşmiş Krallığa səfərlərinin, BirləşmişKrallığın Baş naziri Kir Starmerin ötən il COP29-da iştirak üçünölkəmizə səfərinin ikitərəfli əməkdaşlıq gündəliyi baxımından önəmidiqqətə çatdırılıb.

Söhbət zamanı Milli Məclisin sədri Sahibə Qafarova iki ölkəninparlamentləri arasında əlaqələrin inkişafından məmnunluğunubildirərək, özünün 2022-ci ildə Böyük Britaniyaya rəsmi səfərinixatırladıb və həmin səfər çərçivəsində keçirdiyi görüşlərin vəaparılan müzakirələrin parlamentlərarası münasibətlərin inkişafıbaxımından əhəmiyyətini qeyd edib. Bildirilib ki, Milli MəclisinBöyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı iləparlamentlərarası əlaqələr üzrə işçi qrupu ən böyük qruplardanbiridir. Spiker Sahibə Qafarova qanunvericilik orqanları arasındaəlaqələrin daha da genişləndirilməsində qarşılıqlı səfərlərin vəsıx dialoqun əhəmiyyətini qeyd edib.

Görüş üçün təşəkkürünü bildirən Böyük Britaniya və Şimaliİrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikası üzrəticarət elçisi Lord Olderdays iki ölkə arasında müxtəlif sahələrdəəməkdaşlığın inkişafından danışıb, parlamentlərarası əlaqələrindaha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Qonaq Azərbaycanın olduqca əlverişli geostrateji mövqeyi, OrtaDəhlizin fəaliyyətindəki əhəmiyyətli rolu, yeni istiqamətlər vəsahələr üzrə əməkdaşlıq imkanları, Azərbaycanda keçirilmiş COP29-unəhəmiyyəti barədə fikirlərini bölüşüb.

Söhbət zamanı Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiyaBirləşmiş Krallığı arasında iqtisadi, siyasi, təhsil, bərpaolunanenerji, parlamentlərarası və digər sahələrdə əməkdaşlığın daha dainkişaf etdirilməsi üçün böyük potensialın olduğu diqqətəçatdırılıb.

Məqalədə:
Seçilən
75
14
az.trend.az

10Mənbələr