Hikmət Hacıyev Mixail Qaluzin ilə görüşdü
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşüb.Metbuat.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X" hhesabında paylaşım edib. Paylaşımda bildirilir ki, görüş zamanı ikitərəfli, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.