AZ

Çempionlar Liqası: “Qarabağ” “Ayaks”ı qəbul edir – YENİLƏNİR

Bu gün “Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsində 6-cı tur oyununu keçirəcək.

İdmanxeber.az xəbər verir ki, Qurban Qurbanovun komandası Tofiq Bəhramov adına Respublika Stadionunda Niderland “Ayaks”ını qəbul edəcək. Matç saat 21:45-də başlayacaq. Görüşü Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.

Hazırda turnir cədvəlində “Qarabağ” 7 xalla 19-cu, xalı olmayan “Ayaks” isə sonuncu – 36-cıdır. 

UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 6-cı tur

21:45. “Qarabağ” (Azərbaycan) – “Ayaks” (Niderland)

Hakimlər: Rade Obrenoviç, Yuri Praprotnik, Qreqa Kordez, Mateo Tozan (Sloveniya)

VAR: Matej Juq (Sloveniya)

AVAR: Alen Borosak (Sloveniya)

Seçilən
23
1
idmanxeber.az

5Mənbələr