AZ

Almaniyanın ictimai yayımçısı ARD-də istehzalı "dəri tonu testi" mübahisələrə səbəb oldu



Almaniya dövlət televiziyası ARD-nin "Die 100 - Was Deutschland bewegt" tok-şousu irqçilik müzakirəsinin mərkəzinə çevrilib. Proqramda immiqrant əleyhinə qərəzləri tənqid etmək üçün istifadə edilən istehzalı səhnə geniş tənqidə səbəb olub.
Almaniya kansleri Fridrix Merzin immiqrantlar haqqında mübahisəli "şəhər mənzərəsi" ifadələrini tənqid edən "Merz Cəmiyyəti Bölür" adlı bölümdə Amerika televiziya serialı "Family Guy"dan bir səhnə yenidən canlandırılıb. Aparıcı iştirakçıların üzlərinə rəng cədvəli tutaraq ağ rəng çalarlarını "yaxşı", qara rəng çalarlarını isə "yaxşı deyil" kimi təsnif edib.

Əvvəlcə aparıcı kartı ağdərili qadın iştirakçıya tuşlayıb, sonra eyni hərəkəti qaradərili iştirakçıya təkrarlayıb. Tamaşaçıların gülüşü arasında qaradərili iştirakçı "Deyəsən, testdən keçə bilmərəm" deməyə məcbur olub. Aparıcı "Bu, sizdə necə hisslər yaradır?" deyə soruşduqda, o, irqçiliyə alışdığını, bunun gündəlik həyatının bir hissəsinə çevrildiyini və son zamanlar vəziyyətin daha da pisləşdiyini cavablandırıb.
Bir çox sosial media istifadəçisi qəzəblə reaksiya verərək, ARD kimi böyük bir ictimai yayımçıda bu irqçi profilli animasiyanın yayımlanmasının "qaranlıq yumor" olduğunu iddia etdi.


14 oktyabrda Potsdamda keçirilən tədbirdə Merz, ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının yüksəlişi ilə bağlı suala cavab olaraq, immiqrasiya siyasətindəki əvvəlki uğursuzluqların düzəldildiyini və irəliləyiş əldə edildiyini söylədi.

Merz bildirdi ki, "Əlbəttə ki, bu problem hələ də şəhər mənzərəsində davam edir və buna görə də Daxili İşlər Nazirimiz hazırda daha geniş miqyasda deportasiyaların həyata keçirilməsinə imkan vermək və onları həyata keçirmək planları üzərində işləyir".

Yaşıllar və Sol Partiyası Merzi bu açıqlamalarına görə sərt tənqid etdi. Tənqidlərə baxmayaraq, Merz onun sözlərini müdafiə edərək dedi: "Mənim geri çəkiləcək bir şeyim yoxdur".

Müxalifət nümayəndələri Merzin açıqlamalarının bütün immiqrantları ümumi şübhə altına aldığını və onlara cinayətkar kimi yanaşdığını bildirdilər.

aia.az
Tərcümə şöbəsi



Seçilən
27
aia.az

1Mənbələr