Bakı. Trend:
Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçünStrategiya təsdiq edilib.
Trend xəbər verir ki, bununlabağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər KabinetiStrategiyada nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini vəicrasına nəzarəti həyata keçirməli, Strategiyada nəzərdə tutulmuştədbirlərin icrası barədə ildə bir dəfə Azərbaycan RespublikasınınPrezidentinə məlumat verməli, icrası davam etməkdə olan konsepsiya,strategiya, dövlət proqramı, milli fəaliyyət planı və bu kimi digərsənədlərin Strategiya ilə əlaqələndirilməsi istiqamətində zəruritədbirlər görməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həlletməlidir.
Bundan başqa, Strategiyada nəzərdə tutulmuş tədbirlərinicrasının monitorinqi və qiymətləndirilməsi Azərbaycan RespublikasıNazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatlarınTəhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilməli,Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və AzərbaycanRespublikasının İqtisadiyyat Nazirliyi Strategiyada nəzərdətutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər ilAzərbaycan Respublikasının dövlət büdcəsi layihəsinin tərtibiprosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiqtədbirlər görməlidir.