AZ

Zehni yorğunluğun səbəbi açıqlandı

Zehni yorğunluq beynin uzun müddət fasiləsiz informasiya emalı və yüksək diqqət tələb edən fəaliyyətlərə məruz qalması nəticəsində yaranır.

 

Pravda.az bildirir ki, bu hal, dincəlmədən işləmək və davamlı stress fonunda daha da güclənir.

 

Zehni yorğunluğun əsas göstəriciləri arasında konsentrasiyada zəifləmə, yaddaş çətinliyi, zehni bulanıqlıq, motivasiya itkisi, enerji azalması və emosional gərginlik yer alır. Bəzi insanlarda baş ağrıları, yuxusuzluq və ümumi fiziki yorğunluq da müşahidə olunur.

 

Ağır iş yükü, davamlı stres, sosial informasiya bolluğu və qeyri-balanslı həyat tərzi zehni yorğunluğun əsas səbəbləri kimi göstərilir.

 

Mütəxəssislər fiziki aktivlik, meditasiya, yaradıcı fəaliyyətlər, həmçinin D, B, C vitaminləri və Omega-3 ilə zəngin qidalanma kimi dəstək metodlarını tövsiyə edir. Keyfiyyətli yuxu və gündəlik rutinin balanslaşdırılması da mühüm rol oynayır.

 

Zzehni yorğunluq uzun müddət davam etdikdə, bu hal narahatlıq və depressiya kimi psixoloji problemlərə yol aça bilər.

 

Əminə Bayramova

Tarix: 10 Dekabr 2025, 18:01   
Seçilən
45
pravda.az

1Mənbələr