AZ

İstanbulda Azərbaycan-Türkiyə energetika nazirləri enerji əməkdaşlığını müzakirə edib (FOTO)

Bakı. Trend:

İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) energetikanazirlərinin beşinci iclası çərçivəsində energetika naziri PərvizŞahbazov Türkiyənin energetika və təbii sərvətlər naziri AlparslanBayraktarla görüşüb.

Trend xəbər verir ki, bubarədə Energetika Nazirliyi məlumat yayıb.

Görüşdə son bir il ərzində enerji əməkdaşlığının inkişafındanməmnunluq ifadə edilib. Karbohidrogen, bərpa olunan enerji vəregional enerji bağlantı layihələri üzrə əməkdaşlığın carivəziyyəti müzakirə edilib. Bu ilin on ayı ərzində AzərbaycandanTürkiyəyə 594 milyon kVt-saat elektrik enerjisinin ixrac edildiyiqeyd olunub.

Türkiyədə elektrik enerjisinə artan tələbat fonunda iki ölkəarasında elektrik enerjisi interkonnektorlarının qurulmasınınvacibliyi vurğulanıb. Bu xüsusda, Naxçıvandan birbaşa və Zəngəzurdəhlizi vasitəsilə Azərbaycan (Naxçıvan) -Türkiyə Enerji Qovşağılayihəsinin icrası nəzərdən keçirilib. Habelə “MərkəziAsiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” çərçivəsində Türkiyə iləəməkdaşlıq imkanları dəyərləndirilib. Bu layihələrin TDT formatındaenerji əlaqələrinin möhkəmləndirməsinə töhfə verəcəyibildirilib.

İstanbulda
İstanbulda
İstanbulda
Məqalədə:
Seçilən
79
8
az.trend.az

9Mənbələr